Millimiz darmadağınla qalib gəldi

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, "Keşlə”nin əvəzedici komandası ilə qarşılaşan U-19 4:0 hesabı ilə qələbə qazanıb. Yığmanın heyətində Emil Qasımov dubl edib, digər qolları isə Elvin Talıbov və Turan Vəlizadə vurub.

 

U-19 növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. “Qəbələ”nin əvəzedici komandası ilə Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.

Tarix: 15 İyul [00:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio