"Zirə" baxışda olan futbolçularla bağlı qərar verdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Zirə” baxışa dəvət etdiyi qanalı futbolçular – Daniel Odey və Edvard Akvesini ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçunun performansı "qartallar"ın məşqçilər korpusunu razı salmayıb və onlarla müqavilə imzalanmayıb. Bundan əlavə, Almaniyanın U-16 və U-17 yığmalarının sabiq hücumçusu Xalid Mensifin də durumu baş məşqçi Ayxan Abbasovu qane etməyib və 26 yaşlı futbolçu komandanın düşərgəsini tərk edib.

 

Qeyd edək ki, “Zirə” yay transfer dönəmində İlkin Qırtımov, Kamal Mirzəyev, Bilal Hamdi və Dilan Duventrunu transfer edib.

Tarix: 15 İyul [12:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2018
14  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio