Samir çarəsiz qalıb: futbolla vidalaşır

"Kəpəz"in Premyer Liqa ilə vidalaşmasında sonra komandanı tərk edən Samir Zərgərovun klubsuz günləri davam edir.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi məcburiyyətdən istirahət edir. Zərgərov saytımıza açıqlamasında yeni klubunun bəlli olmadığını və futbolda gedə biləcəyini vurğulayıb:

 

"Kəpəz"dən ayrılandan sonra mənə təklif gəlmədi. Əgər təklif olmasa, karyeramı başa vuracam. I Divizionda oynamağı düşünmürəm. Ölkə xaricinə də yollanmağı fikirləşmirəm. Bu gedişlə məcburiyyətdən futboldan gedəcəm".

 

Qeyd edək ki, Samir Zərgərov "Kəpəz", "Qəbələ", "Simurq" və "Keşlə" kimi komandalarda çıxış edib.

Tarix: 15 İyul [14:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio