Pedro Enrike: "Astana" transferimdə ən istəkli klub idi"

"Avropadan təkliflərim var idi. Lakin "Astana" transferimdə ən istəkli klub idi. Hədəflərini mənə dedilər və bu yolda onlar üçün vacib bir fiqur olduğumu anlatdılar".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Astana"nın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike deyib. 28 yaşlı vinger hədəfləri haqda danışıb: "Astana"nın avrokubokdakı oyunlarını izləmişəm. Komandanın əla fanatları var. "Astana"nın gücünə güc qatmaq istəyirəm. İlk dəfədir ki, bu ölkəyə ayaq basıram. Bu kluba keçdiyim üçün xoşbəxtəm. "Astana" qazandığı uğurları ilə Avropada çıxış edən futbolçulara xəritədə Qazaxıstanı tapmağa vadar edir. Mən "Renn"də oynayanda "Astana" ÇL-in qrupunda çıxış edirdi. Şəhər isə məndə xoş təəssürat oyadıb".

 

Enrike ötən mövsüm "Qarabağ"da birgə çıxış etdiyi Riçard Almeyda ilə bağlı da danışıb: "Riçard mənim dostumdur. O, çox əla futbolçudur. Onunla birgə meydanda olmaq mənim üçün xoş olacaq. Birlikdə azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" ötən mövsüm "Qarabağ"da icarə əsasında çıxış etmiş Pedro Enrikeni 1 illik sıralarına qatıb. 28 yaşlı futbolçu Qazaxıstan klubunda da icarədə oynayacaq. Bundan əlavə, millimizin üzvü Riçard Almeyda da "Astana"nın uğurları üçün çalışır.

Tarix: 15 İyul [16:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio