Didye Deşam: "Həmin məğlubiyyət bizi bu nöqtəyə daşıdı"

10:24 - 16 İyul 2018

DÇ-2018-in finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gələrək, ikinci dəfə dünya çempionu olan Fransa millisinin baş məşqçisi Didye Deşam açıqlama verib.

 

Sportal.az xəbər verir ki, uğura çətinliklə nail olduqlarını deyib:

 

"Yüksək səviyyəli oyun nümayiş etdirmədik, ancaq psixoloji cəhətdən üstün tərəf idik. Futbolçularımla qürur duyuram. Bu uğura asan nail olmadıq, çətin yollardan keçdik. 2 il əvvəl Avropa çempionatının finalında uduzmaq bizi sarsıtmışdı. Ancaq həmin məğlubiyyət bizi bu gün bu nöqtəyə daşıdı. Azarkeşlərimizi təbrik edirəm. Bu, gənc komandamız üçün əla nəticədir. Yığmada işimiə davam edəcəm. Burada mənim çatmaq istədiyim hədəflər var".

Xəbər xətti