"Qarabağ" - "Olimpiya" oyunu canlı yayımda

13:09 - 16 İyul 2018

"Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı İdman Azərbaycan telekanalı canlı yayımlayacaq.

 

“Qarabağ” - “Olimpiya” görüşü iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:00-da start götürəcək.

Xəbər xətti