Sənan Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

İyulun 19-da Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” matçın keçiriləcəyi Differdanj şəhərinə bu gün gecə saatlarında yola düşəcək. Sabah səhər Lüksemburqa çatacaq “Qəbələ” “Hilton” otelində məskunlaşacaq. Qəbələ klubunun səfərdəki ilk məşqi sabah baş tutacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.

 

“Proqres” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı keçiriləcək. Qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də Bakı vaxtı ilə 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

 

Xatırladaq ki, “Proqres” və “Qəbələ” arasında cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Qəbələ” ilk oyunda “Proqres”ə 0:2 hesabı ilə məğlub olub.

Tarix: 16 İyul [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio