Ramil Şeydayev üçün şans: Burak Yılmaz zədələndi

17:09 - 16 İyul 2018

Türkiyə millisinin və "Trabzonspor"un futbolçusu Burak Yılmaz uzun müddətə sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında zədələnib. Əzələsi yırtılan forvard əməliyyat olunub. Onun 4-5 həftə komandadan ayrı qalacağı bildirilib.

 

Bu zədə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin əsas heyət üzvünə çevrilmə şanslarını artırıb. Avstriya "Mattersburq"u ilə anlaşa bilməyən 22 yaşlı hücumçu hazırda müqavilə üzrə məxsus olduğu "Trabzonspor"un Sloveniya toplanışındadır.

Xəbər xətti