Pol Poqba "Barselona"ya təklif edildi

17:27 - 16 İyul 2018

Fransa millisinin heyətində dünya çempionu olan "Mançester Yunayted"in futbolçusu Pol Poqba üçün sürpriz iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin agenti Mino Rayola ulduz futbolçunu "Barselona"ya təklif edib. Bu barədə "Mundo Deportivo" nəşri xəbər tirajlayıb. Transferlərdə ancaq öz cibini düşünən Rayola Kataloniya klubnun rəhbərliyilə bir araya gəlib. Rayola "Mançester Yunayted"də baş məşqçi Joze Mourinyo ilə problemləri iddia olunan futbolçunu "Barselona"ya transferində müsbət nəticə əldə etməsə, "Yuventus"la danışıqlar aparacaq.

 

Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı 2016-cı ildə 105 milyon avroya "Yuventus"dan transfer etmişdi.

Xəbər xətti