"Qarabağ" - "Olimpiya": açıq məşq və mətbuat konfranslarının vaxtı bəlli oldu

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Olimpiya" (Sloveniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, iyulun 17-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:45-də media mənsublarının önünə çıxacaq.

 

Komandanın son məşqi isə saat 19:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Olimpiya"nın baş məşqçisi isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.Sloveniya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

Tarix: 16 İyul [17:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2018
22  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio