"Qəbələ"nin rəqibi qalib gəldi

18:28 - 16 İyul 2018

“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Proqres” yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Lüksemburq təmsilçisi yerli “Jeness”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Baş məşqçi Paolo Amodio bu oyunda daha çox ehtiyat qüvvəyə şans verib.

 

Xatırladaq ki, “Qəbələ” ilk oyunda “Proqres”ə 0:2 hesabı ilə uduzub. Cavab matçı iyulun 19-da Lüksemburqda keçiriləcək.

Xəbər xətti