"Qarabağ"dan ayrılan futbolçu Polşa klubunda

00:08 - 17 İyul 2018

“Qarabağ”dan ayrılan Anton Kanibolotskinin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, ukraynalı qolkiper karyerasını Polşada davam etdirəcək. 30 yaşlı əlcək sahibi Ekstraklasada çıxış edən “Medz” klubu ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Anton Kanibolotski “Qarabağ”a ötən il Donetsk "Şaxtyor"undan keçmişdi.

Xəbər xətti