“Qarabağ” - “Olimpiya” matçına neçə bilet satılıb?

00:52 - 17 İyul 2018

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, iyulun 18-də keçiriləcək qarşılaşmaya artıq 8 min bilet satılıb. Bu barədə klubun "facebook" səhifəsindən məlumat verilib.

 

“Qarabağ” - “Olimpiya” qarşılaşması iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

 

“Qarabağ” səfərdə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti