Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi oldu FOTOLAR

00:09 - 17 İyul 2018

İyulun 15-də Bakıda futvolley üzrə açıq beynəlxalq turnirə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Dalğa Beach”də təşkil olunan yarışda 8 komanda birincilik uğrunda mübarizə aparıb.

 

Üçüncü yer uğrunda görüşdə İran millisini 2:0 hesabı ilə məğlub edən Hollandiya yığması bürünc medllara sahib olub.

 

Həlledici görüşdə isə Braziliya və Avstriya seçmələri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada braziliyalılar 2:0 hesabı ilə qalib gələrək Bakı turnirinin baş mükafatına sahib olublar.

 

Qeyd edək ki, Azərbaycan millisi turniri beşinci pillədə başa vurub.

 

Xəbər xətti