"Barselona"nın sabiq qapıçısı "Qarabağ"ın 500 minlik təklifini geri çevirib

10:59 - 17 İyul 2018

"Deportivo"nun qapıçısı Ruben Martines yay transfer dönəmində "Qarabağ"ın təklifini qəbul etməyib.

 

Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, "Qarabağ" 34 yaşlı qolkiperə bir il üçün 500 min avroluq məvacib təklif edib. Lakin Martines Ağdam klubuna gəlməyi üstün tutmayıb. İspaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış edən təcrübəli əlcək sahibi daha az maaş təklif edən "Osasuna"nı seçib. Martines II Sequnda təmsilçisi ilə bir illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, ispaniyalı çərçivə qoruyucusu "Barselona"nın əsas heyətində iki oyun keçirib. O, "Malaqa", "Rayo Valyekano", "Almeriya" və "Levante" kimi klublarda çıxış edib. Ruben son mövsümü icarə əsasında "Anderlext"də keçirib.

Xəbər xətti