"Keşlə"ni "Baltsan"la oyuna İsmayılov çıxaracaq

11:14 - 17 İyul 2018

Yuri Maksimovla yolları ayıran “Keşlə”ni Avropa Liqasının I təsnifat mərhələsində "Baltsan"la cavab matçına çıxaracaq şəxs bəlli olub.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi müvəqqəti olaraq, Yuri Maksimovun köməkçisi olan Zaur İsmayılova həvalə olunub. İsmayılov komandanı "Baltsan"la görüşə çıxaracaq.

 

"Keşlə" - "Baltsan" görüşü iyulun 18-də, "Dalğa Arena"da baş tutacaq. Cütün ilk görüşündə Malta klubu 4:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, “Keşlə” Yuri Maksimovun rəhbərliyi altında Azərbaycam kubokunun qalibi adını qazanıb.

Xəbər xətti