"Ayaks" "Mançester Yunayted"in futbolçusunu transfer etdi

12:49 - 17 İyul 2018

"Mançester Yunayted"in müdafiəçisi Deyli Blind sabiq klubu "Ayaks"a transfer olub.

 

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi bu keçid üçün "qırmızı şeytanlar"a 20 milyon avro ödəyib. Hollandiya millisinin üzvü ilə 4 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2014-cü ildə "Ayaks"dan "Mançester Yunayted"ə transfer olunmuşdu.

Xəbər xətti