"Sabah" ukraynalı futbolçunu transfer etdi

“Sabah” yeni transferini rəsmən açıqlayıb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

 

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub. 

 

25 yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli formada çıxış edəcək. 

Tarix: 17 İyul [14:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio