Branko İliç: "Qarabağ"a 1-2 qol vura bilərik"

Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç ÇL-in I təsnifat mərhələsində "Qarabağ"la cavab oyunundan öncə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi "Qarabağ"a qarşı keçirəcəkləri görüş barədə danışıb. 35 yaşlı futbolçu oyuna hazır olduqlarını deyib: "Oyun tam hazırıq. Səbirsizlik matçın start fitini gözləyirik. İlk oyunda "Qarabağ"dan üstün olsaq da, rəqib qol epizoduna oxşamayan bir vəziyyətdən hesabı açdı. Yaxşı oynasaq da, uduzduq. Buna baxmayaraq, ümidimizi üzmürük".

 

İliç Bakıda "Qarabağ" qalib gələcək gücdə olduqlarını deyib: "Cavab matçında tam güclə oynayacağıq. Mərhələ adlamaq üçün bütün ürəyimizi meydana qoyacağıq. İnanıram ki, "Qarabağ"a 1-2 qol vura bilərik".

 

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Tarix: 17 İyul [15:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio