Qomis "Qalatasaray"dan gedir?

18:40 - 17 İyul 2018

Son Türkiyə çempionu "Qalatasaray" aparıcı futbolçularından olan Bafetimbi Qomis ilə yollarını ayıra bilər.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçunu Səudiyə Ərəbistanının "Əl Hilal" klubu transfer etmək istəyir. "Cim bom" 32 yaşlı forvard üçün 20 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

 

UEFA-nın verdiyi cəzaya görə heyətə yeni futbolçu cəlb etmək üçün oyunçu satmaq məcburiyyətində olan "sarı-qırmızılar" Qomisin transferinə müsbət yanaşır.

 

Qeyd edək ki, Bafetimbi Qomis "Qalatasaray"a ötən mövsümün əvvəlində "Marsel"dən gəlib. O, 29 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Xəbər xətti