"Qarabağ" potensial rəqibi müəyyənləşdi

01:33 - 18 İyul 2018

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, keçirilən 10 oyunla 2-ci təsnifat mərhələsinə yüksələn 10 komandanın adı müəyyənləşib.

 

Artıq "Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqibi bəlli olub. Səfərdə keçirilən ilk görüşdə "Olimpiya"nı məğlub edən Ağdam təmsilçisi mərhələni adlayacağı təqdirdə "Kukesi" ilə qarşılacaq. Albaniya təmsilçisi öz meydanında qolsuz heç-heçə oynadığı "Valetta" (Malta) ilə səfərdə 1:1 hesablı bərabərə qalıb və bununla da növbəti mərhələyə vəsiqəni təmin edib. 

 

Çempionlar Liqası

I təsnifat  mərhələsi, cavab oyunları

17 iyul

 

“Valletta” (Malta) - “Kukesi” (Albaniya) - 1:1

Qollar: Pikkilo, 67 - Dzaria, 84

İlk oyun - 0:0

 

HİK (Helsinki, Finlandiya) - “Vikinqur” (Farer Adaları) - 3:1

Qollar: Klauss, 1, Mensa, 10, Yaqubi, 19 - Vatnamar, 21

İlk oyun – 2:1

 

“Hapoel” (Beer-Şeva, İsrail) - “Flora” (Tallin, Estoniya) - 3:1

Qollar: Ezra, 15, Maman, 27, Melikson, 48 - Aliku, 86

İlk oyun – 4:1

 

“Malmö” (İsveç) - “Drita” (Kosovo) - 2:0

Qollar: Strandberq, 55, Larsson, 60

İlk oyun – 3:0

 

APOEL (Kipr) - “Suduva” (Litva) - 1:0

Qol: Pote, 20

İlk oyun - 1:3

 

TNS (Uels) - “Şkendiya” (Makedoniya) - 4:0

Qollar: Ebbe, 15, Redmond, 30, Kabanqo, 35, Birn, 90+6

İlk oyun – 0:5

 

“Videoton” (Macarıstan) - “Düdelanj” (Lüksemburq) - 2:1

Qollar: Lazoviç, 18, Scepoviç, 58 - Kuturyer, 54

İlk oyun – 1:1

 

“Srvena Zvezda” (Serbiya) - “Spartak” (Latviya) - 2:0

Qollar: Ben, 78, Kristiçiç, 81

İlk oyun - 0:0

 

“Legiya” (Varşava, Polşa) - “Kork Siti” (İrlandiya) - 3:0

Qollar: Kante, 27, Radoviç, 72, Karlitos, 89

İlk oyun – 1:0

 

“Kruzaders” (Şimali İrlandiya) - “Ludoqorets” (Bolqarıstan) - 0:2

Qollar: Börns, 11 (avtoqol), Şverçok, 65

İlk oyun - 0:7

Xəbər xətti