"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəldi YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə təmsilçimizi növbəti mərhələyə yüksəldib.

 

Qeyd edək ki, "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

 

UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

18 iyul

 

21:00. "Qarabağ" - "Olimpiya" - 0:0
Hakimlər
: Erez Papir, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Tarix: 18 İyul [22:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio