UEFA-nın reytinqi: Azərbaycan gerilədi

11:28 - 18 İyul 2018

Avrokubokların I təsnifat mərhələsində ötən gün keçirilən oyunlarından sonra UEFA reytinq cədvəlində dəyişikliklər baş verib.

 

Sportal.az xəbər verir ki, baş tutan 13 oyundan sonra Azərbaycanın da mövqeyi dəyişib. Serbiyanın “Srvena Zvezda” klubunun qələbəsi balkanlıları 22-ci pilləyə yüksəldib. Bununla da Serbiya ölkəmizi qabaqlayıb. Hazırda Azərbaycan 23-cü pillədə qərarlaşıb.

 

Bu mövsüm 0.500 xal toplayan ölkəmizin 17.125 xalı var. Azərbaycanın ən yaxın izləyicisi İsraildir (16.750 xal).

Xəbər xətti