Roman Qriqorçuk: "Almeydanın meydana çıxması gec olacaq"

13:32 - 18 İyul 2018

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Sutyeska”nın qonağı olacaq "Astana" Monteneqrodakı matça millimizin üzvü Riçard Almeydanı da aparıb.

 

Sportal.az xəbər verir ki, Qazaxıstan təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk oyundan öncə verdiyi açıqlamada Almeydanın debüt etməyəcəyini bildirib. Ukraynalı mütəxəssis millimizin üzvünün tam hazır olmadığını deyib: "Riçard 2 ay futbolsuz qalıb və cəmi 2 həftədir ki, məşq edir. Onun tam hazır olmadğını başa düşürük. Almeydanın tam hazır olacağı vaxtı gözləyirik. Onun meydana çıxması gec olacaq".

 

Qeyd edək ki, "Astana" ilk oyunda 1:0 hesablı qələbəyə sevinib.

Xəbər xətti