"Beşiktaş"ın futbolçusu Belçika klubunda

13:54 - 18 İyul 2018

"Beşiktaş"da ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Matey Mitroviç ötən mövsüm icarə əsasında çıxış etdimyi Belçikanın "Brügge" klubuna transfer olub.. Xorvatiyalı 24 yaşlı mərkəz müdafiəçisinin "göy-qaralar"la müqavilə şərtləri açıqlanmayıb. Mitroviçin keçidindən "Beşiktaş" 4 milyon avro təzminat alacaq.

 

Qeyd edək ki, "Beşiktaş" Mitroviçi 2017-ci ilin yanvar ayında Xorvatiyanın "Riyeka" klubundan 4,2 milyon avroya transfer etmişdi. Futbolçu "qara qartallar"ın heyətində 2 Super Liqa və 4 Türkiyə kuboku matçında meydana çıxıb.

Xəbər xətti