"Qarabağ"ın rəqibi latviyalı futbolçu transfer etdi

15:32 - 18 İyul 2018

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaq “Olimpiya” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sloveniya çempionu Polşanın “Termalika” klubunun müdafiəçisi Vitali Maksimenkonu transfer edib.

 

Latviya millisinin üzvü avrokubokların 2-ci təsnifat mərhələsində komandasına kömək edə bilər.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu 21:00-da start götürəcək. Komandalar arasındakı ilk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti