"Neftçi" məşq edib, Macarıstana yola düşdü

15:53 - 18 İyul 2018

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi” cavab matçının hazırlığını bu gün səhər məşqi ilə davam etdirib.

 

Sportal.az xəbər verir ki, "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində zədəli Namik Ələskərovdan başqa bütün futbolçular iştirak ediblər. Komanda məşqdən sonra Macarıstana yola düşüb.

 

Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək.

Xəbər xətti