"Qarabağ" III mərhələyə yüksəlsə, "səpələnmişlər" qrupunda qərarlaşacaq

Bu gün "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi Sloveniyanın "Olmipiya" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsinə adlasa, Çempionlar Liqasının III mərhələnin püşkatmasında "səpələnmişlər" səbətində yer alacaq. Bu isə təmsilçimizin daha aşağı reytinq xalı olan komanda ilə üz-üzə gəlməsi üçün şərait olacaq.

 

Buna ötən gün Litvanın "Suduva" klubunun iki oyunun nəticəsinə görə Kipr APOEL-ini mübarizədən kənarlaşdırması səbəb olub. Kipr klubunun ÇL ilə vidalaşmasından sonra "Qarabağ" III mərhələnin ən reytinqli 6 komandasından biri olub. BATE ilə eyni əmsala malik komandamız əlavə göstəricilərdə Belarus təmsilçisini qabaqlayır.

 

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

 

Xatırladaq ki, "Qarabağ" - "Olimpiya" oyunu bu gün saat 21:00-da start götürəcək.

Tarix: 18 İyul [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio