"Real" İspaniya millisinin üzvünü transfer etdi

16:59 - 18 İyul 2018

Madrid "Real"ı heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "kral klubu" "Real Sosyedad”ın futbolçusu Alvaro Odriosolanı transfer edib. 22 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytının yayıb.

 

Qeyd edək ki, İspaniya millisinin üzvü olan gənc futbolçu ötən mövsüm "Real Sosyedad"ın heyətində 50 oyunda meydana çıxıb.

Xəbər xətti