"Zirə" 4 yaşında

17:48 - 18 İyul 2018

Bu gün “Zirə” Peşəkar Futbol Klubunun təsis olunmasından 4 il keçir.

 

Sportal.az xəbər verir ki, 2014-cü ilin 18 iyulunda yaranan klub bu müddətdə artıq 4-cü mövsüm olacaq ki, Topaz Premyer Liqasında iştirak edəcək.

 

“Zirə” bu illər ərzində bəzi uğurlu nəticələr əldə edib. İlk mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanan komanda avrokuboklara vəsiqə qazanıb. Amma UEFA-nın lisenziya tələblərinə uyğun olaraq komandanın təsisinin 3 ili tamam olmadığından “Zirə” avrokuboklarda iştirak edə bilmədi. Buna baxmayaraq, 1 il sonra Avropa Liqasında iştirak edən “qartallar” ilk mərhələdə Lüksemburqun “Differdanj” komandasını mübarizədən kənarlaşdırmağa müvəffəq olub. Son 3 mövsümdə Premyer Liqanın iştirakçısı olan “Zirə” daim iddiaçılar sırasında yer alıb.

Xəbər xətti