İliya Stolitsa: “Növbəti mərhələlərdə “Qarabağ”ı dəstəkləyəcəyik”

23:10 - 18 İyul 2018

Sloveniyanın "Olimpiya" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la səfərdə 0:0 hesablı heç-heçə edib. İlk oyunda 0:1 hesabı ilə uduzan Lyublyana təmsilçisi ÇL ilə vidalaşıb.


Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "Olimpiya"nln çalışdırıcısı İliya Stolitsa fikirlərini bölüşüb:

 

- “Qarabağ”ı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbik edirəm. Çox çətin rəqib idi. İki bərabər güclü komandanın mübaizəsini izlədik. Bu tip oyunlar komandanın inkişafı üçün çox vacibdi. Deyərdim ki, ilk mərhələyə görə, rəqibimiz güclü idi. Bugünkü qarşılaşmada hiss olunurdu ki, rəqib ilk oyundakı hesabı qorumağa çalışır. Yaxşı oyuna görə komandamıza təşəkkür edirəm. Növbəti mərhələlərdə “Qarabağ”ı dəstəkləyəcəyik.

 
-İlk oyundan sonra iddialı açıqlamalarla yadda qalırdınız. Amma bu iddianı meydanda görmədik. Bu, nə ilə bağlı idi?
-Özümüzə güvənirdik. Lakin istədiklərimizi meydanda edə bilmədik. Yolumuza Avropa Liqasında davam edəcəyik və iddialıyıq. 

 

- Oyun zamanı aqressiv hərəkətlərlə yadda qalırdınız. Hakimdən narazı deyildiniz?
- Aqressiv olduğumu düşünmürəm. Amma kənardan belə görünübsə, bu, normaldı. Hakimlərdən narazı deyildim.

Xəbər xətti