"Sabah" Türkiyə klubu ilə bərabərə qaldı

01:09 - 19 İyul 2018

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, rəqib qardaş ölkənin birinci liqa təmsilçisi “Girəsunspor” olub. “Vonresort Abant” otelinin meydaçasında keçirilən qarşılaşmada hesabı Bakı təmsilçisi açıb. Vitali Kvaşuk görüşün 55-ci dəqiqəsində cərimə zərbəsindən gözəl qola imza atıb. Rəqib matçın son dəqiqələrdə hesabı bərabərləşdirib. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.

 

“Sabah” görüşə bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev (k), 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.

 

Oyuna sonradan daxil olanlar: Ülvi İbazadə, Elvin Həsənəliyev, Cavid İmamverdiyev, Elvin Bədəlov.

Xəbər xətti