"Neftçi" darmadağınla mübarizəni dayandırdı YENİLƏNİB

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Neftçi” də növbəti matçına çıxacaq. Macarıstanın “Uypeşt” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi Bakıda keçirilmiş ilk oyunda 3:1 hesabıyla qalib gəlib. Paytaxt klubu səfərdə baş tutacaq cavab görüşündə üstünlüyünü qoruyaraq növbəti mərhələyə vəsiqəni təmin etməyə çalışacaq.

 

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə mübarizə aparacaq.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

19 iyul

 

23:00. "Uypeşt" - "Neftçi" 0:4

QOLLAR: Robert Litozki, 19, Boyan Sankoviç, 21, Donat Zsoter, 50, Obinna Nvobodo, 65

İlk oyun: 1:3
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, Vasilius Kampuris, Angelos Evangelos (hamısı Yunanıstan).
Budapeşt. "Ferens Susa” stadionu.

Tarix: 20 İyul [00:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio