"Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı müəyyənləşdi

12:34 - 19 İyul 2018

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, cütün hər iki oyununun vaxtı bəlli olub. Ağdam klubu ilk görüşünü səfərdə keçirəcək. Həmin oyun  iyulun 25-i, Bakı vaxtı ilə 21:00-da başlayacaq.

 

Bakıdakı cavab matçı isə avqustun 1-də keçiriləcək və 21:00-da start götürəcək.

Xəbər xətti