"Qəbələ" Avroliqa ilə vidalaşdı YENİLƏNİB

23:25 - 19 İyul 2018

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ” də növbəti matçına çıxacaq. Lüksemburqun “Proqres” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi ilk oyunda 0:2 hesabıyla uduzduğu rəqibdən həmin məğlubiyyətin qisasını almağa çalışacaq. Lakin cavab matçı səfərdə keçiriləcəyindən, Sənan Qurbanovun çalışdırdığı kollektivin hədəfinə çatması çox çətin olacaq.

 

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Macarıstanın “Honved” klubu ilə mübarizə aparacaq.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

19 iyul

 

21:30. "Proqres" - "Qəbələ" - 0:1

Qol: Stiven Monroz, 28
İlk oyun: 2:0
Hakimlər: Keyt Kennedi, Stefen Donaldson, Kristian Fransis Hanna, Evan Boys (hamısı Şimali İrlandiya).
Differdanj. Şəhər munisipal stadionu.

Xəbər xətti