"Sumqayıt" Qətər klubu ilə üz-üzə

14:09 - 19 İyul 2018

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda bu gün Qətər təmsilçisi "Əl-Şəhaniyə" ilə üz-üzə gələcək.

 

Qarşılaşma Kızılcahamamda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.

 

Yoxlama oyunu

19 iyul

 

18.00 Sumqayıt - Əl-Şəhaniyə (Qətər)

Xəbər xətti