"Çelsi"nin əfsanəsi Sarrinin köməkçisi oldu

14:30 - 19 İyul 2018

"Çelsi"nin yeni baş məşqçisi Mauritsio Sarrinin köməkçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, klubun əfsanəvi futbolçusu olmuş Canfranko Zola məşqçilər korpusunda yer alacaq.

 

Qeyd edək ki, Zola 1996-2003-cü illərdə "Çelsi"də çıxış edib. İtaliyalı mütəxəssis "Vest Hem", "Uotford", "Kalyari", "El-Arabi", "birmingem" və İtaliyanın U-16  millisində baş məşqçilik edib.

Xəbər xətti