"Sumqayıt" 5 cavabsız qolla qalib gəldi

16:22 - 19 İyul 2018

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzedici heyəti ilk yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Region Liqası təmsilçisi “Tufan”ı qəbul edən Elbrus Məmmədovun yetirmələri rəqibini 5 cavabsız qolla məğlub edib.

 

Qeyd edək ki, komanda növbəti yoxlama oyununu 21 iyul tarixində “Səbail”ə qarşı keçirəcək.

 

“Sumqayıt” – “Tufan” 5:0
QOLLAR:
Nazim Bağırov (2), Ruslan Süleymanov, Kənan Allahverdiyev, İbrahim Novruzov.

Xəbər xətti