"Bayıl Arena"da beynəlxalq oyunlara icazə verildi

16:45 - 19 İyul 2018

Bayıl stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

 

Sportal.az xəbər verir ki, FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

 

Qeyd edək ki, 2012-ci ildə istifadəyə verilən “Bayıl Arena”, ümumilikdə, 3200 nəfər azarkeş tutumuna malikdir.

Xəbər xətti