"Qarabağ"la "Olimpiya"dan hansının bizə rəqib olmasının fərqi yox idi"

17:58 - 19 İyul 2018

Düzü, "Qarabağ" və "Olimpiya" komandaları arasında baş tutan görüşü izləyə bilmədim. Ailəvi şam yeməyində olduğum üçün bu görüşü izləmədim".

 

Sportal.az xəbər verir ki, bu sözləri Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Armando Kunqu deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olan komandanın 45 yaşlı çalışdırıcı qarşıdakı duellər barədə fikirlərini bildirib:

 

"Klubda qarşılaşmanın videosunu yazıblar və sabah oyunu izləyib, təhlillər aparacağıq.  Mənim üçün "Qarabağ"la "Olimpiya"dan hansının bizə rəqib olmasının fərqi yox idi.  Çünki mərhələlər keçdikcə, rəqiblər də çətinləşir.  Bakıdakı oyunun nəticəsi göstərir ki, hər iki komanda təxminən eyni səviyyədə idi".

 

Kunqu həmyerlisi Ansi Aqollinin də rəqib düşərgədə olmasına da münasibət bildirib: "Futbol sürprizlərlə doludu. Ansi Aqolli ilə görüşməyi səbirsizliklə gözləyirəm".

Xəbər xətti