"Sabah"dan 3 rəsmi transfer

18:49 - 19 İyul 2018

Topaz Premyer Liqanın debütantı “Sabah” daha 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

 

Sportal.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, müdafiəçilər - Elvin Bədəlov, Eltun Turabov və Məqsəd İsayevlə 2 illik müqavilə imzalanıb.

 

Hər 3 futbolçunun forma nömrələri də müəyyənləşib. Bədəlov 3, Turabov 33, İsayev isə 19 nömrəli formada çıxış edəcək.

Xəbər xətti