"Zirə"nin "Əskişəhərspor"la oyununun vaxtı dəyişdirildi

19:20 - 19 İyul 2018

"Zirə"nin Türkiyədə keçirəcəyi hazırlıq oyunlarının vaxtında dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin iyulun 23-də "Əskişəhərspor"la nəzərdə tutulan matçı ayın 30-da keçiriləcək. Əvəzində "qartallar"ın 4 gün sonrakı rəqibi "Giresunspor" olacaq.

 

Xatırladaq ki, "Zirə" sabah Qətərin "Əl-Xaritiyah", 1 həftə sonra isə "Osmanlıspor"la qarşılaşacaq.

Xəbər xətti