"Keşlə" mübarizəni dayandırdı YENİLƏNİB

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” də növbəti matçına çıxacaq. Maltanın “Baltsan” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi səfərdə 1:4 hesabıyla uduzduğu rəqibdən həmin məğlubiyyətin qisasını almağa çalışacaq. Lakin Yuri Maksimovun istefasından sonra müvəqqəti olaraq Zaur İsmayılova həvalə edilən komandamızın çətin vəzifənin öhdəsindən gəlməsi ehtimalı çox azdı.

 

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Milsami” (Moldova) - “Slovan” (Slovakiya) duelinin qalibi ilə mübarizə aparacaq.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

19 iyul

 

"Keşlə" - "Baltsan" 2:1

Qol: Sezar Meza Kolli, 11 (pen.), Slavik Alxasov, 90

İlk oyun: 1:4
Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya).
Bakı. “Dalğa Arena”.

Tarix: 19 İyul [22:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio