Zaur İsmayılov: "Məmmədin səhvi oyunun qırılma anı oldu" MÜSAHİBƏ

23:03 - 19 İyul 2018

“Keşlə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Maltanın “Baltsan” klubunu 2:1 hesabı ilə məğlub edib. Lakin ilk görüşdə 1:4 hesablı yenilgi alan paytaxt təmsilçisi turnirlə vidalaşıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “Keşlə”nin baş məşqçi səlahiyyətlərini yerinə yetirən Zaur İsmayılov təssüratlarını bölüşüb:
 
- Səfərdəki top fərqini aradan qaldırmaq çətin idi. Amma çox çətin idi. “Baltsan” özünüz gördünüz ki, necə vaxt aparırdı. Evdə də belə oynamışdılar. Müdafiədə outran komandaya qarşı oynamaq çətindir. Şanslarımız çox oldu, amma alınmadı. Təəssüf ki, uduzduq. “Baltsan”I təbrik edirəm.
 
- Vaqif Cavadovla Fuad Bayramov niyə ehtiyatda qaldılar? Həqiqətən problem var?
- Oyunun gedişində hücumameyilli oyunçular buraxdıq. Açığı, fikirləşirdik. Amma belə qərar verdik.
 
- Məmməd Quliyevin kobud səhvi oyunun qırılma anı sayıla bilər?
- Məmməd girəndən sonra qol vurduq. Texniki səhv oldu. Daha öncə də belə səhv etdi. Bəli, qırılma anı oldu. 2-3 dəqiqəyə nəsə etmək olardı. Amma bu, futboldur. Bundan sonra 2 qol vurmaq çətin idi. Ancaq bu səhv olmasaydı, 3-cü qolu vurub mərhələ keçmək şansımız qalırdı. 
 
- Oyunun baş hakimindən razı qaldız? Siz oyun zamanı futbolçuları sakitləşdirirdiniz. Hakimlərə etiraz etmirdiz…
- Dördüncü və yan xətt hakiminə etirazlar edirdim. Qapıçı ilk saniyədən vaxtı uzadırdı. Hakim etirazlar zamanı bizim lehimizə qərar vermirdi. Sadəcə, bizə konflikt lazım olmadığından futbolçularımızı sakitləşdirirdim.
 
- Zaur Axundov oyundan sonra paltardəyişmə otağında futbolçulara nə dedi?
- Hamıya təşəkkür etdi. Gördü ki, şanslarımız oldu. Bildirdi ki, ilk oyunda səhvlərdən 4 qol buraxdıq.
 
- Vaqif Cavadovla Fuad Bayramov “Keşlə”dən qalacaqlar?
- Onlar komandada qalacaqlar.
 
- “Keşlə”də qalacaqsız, yoxsa kluba bu oyun üçün gəlmişdiniz?
- Əlbəttə, fikirləşirdim ki, mərhələ keçsək, şans qazanaram. Təəssüf ki, qalib gəlmədik. Heç nə bilmirəm.

Xəbər xətti