"Sumqayıt" heç-heçə etdi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb.

 

“Sumqayıt” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub.

 

Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

 

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.

 

Meydana sonradan daxil olanlar: 36. Süleyman Süleymanov, 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 39. Tural Bayramlı, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov.

Tarix: 19 İyul [23:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio