Zaur Axundov: "Məşqçi məsələsinə bir həftə ərzində aydınlıq gətirəcəyik" MÜSAHİBƏ

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov "Baltsan"la matçdan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Komanda “Baltsan”la oyunda yaxşı təsir bağışlasa da, lazım olan nəticəni qazana bilmədi. Oyun haqda nə deyə bilərsiniz?

- Komandamız yaxşı mübarizə apardı. Amma gördüyünüz kimi, şanssızlıq da oldu. Komanda bir neçə real epizodu dəyərləndirə bilmədi. Futbolda belə şeylər. Təbii ki, istəməzdik belə olsun, amma razılaşmalıyıq. Biz oyunu burada yox, Maltada uduzduq. Özünüz də gördünüz ki, komandamız rəqibdən geri qalmadı. Sizə inandırım ki, səfərdə kiçik hesabla məğlub olsaydıq, mərhələ keçə bilərdik. Məşqçimiz ilk oyunda hesab 3:1 olanda lazımı dəyişiklikləri etmədi. Dünya futbolunda belədir: komanda məğlub olursa, məşqçi oyuna müdaxilə edir. Ancaq bizim məşqçimiz bunu etmədi. Artıq bu oyun tarixin yaddaşına yazıldı, barışmaq lazımdır.

 

- Buraxılan sonuncu qol sizə necə təsir etdi?

- Çox pis oldum. Qol vuracağımızı gözləsək də, əksinə oldu.

 

- “Baltsan” futbolçuları vaxt aparmaq üçün əllərindən gələni edirdilər. Bu haqda nə deyə bilərsiniz?

- Fair-pley qaydalarına riayət etmirdilər. Onlar da komandamızın oyuna necə kökləndiyini görürdülər. Bilirdilər ki, vaxtı uzatmasalar, ağır olacaq. Demək olar ki, bu gün 90 dəqiqə yox, 75 dəqiqə futbol oynadıq. Bunu normal qarşılamaq lazımdı, çünki rəqib də mərhələ keçmək istəyirdi.

 

- Zaur İsmayılov postunda qalacaq, yoxsa yeni məşqçi axtaracaqsınız?

- Uşaqlara bir neçə gün istirahət veriləcək. Biz də bir özümüzə gələk. Bu məğlubiyyətlə futbol qurtarmır. Yeni mövsümə hazırlaşacağıq. Məşqçi məsələsinə bir həftə ərzində aydınlıq gətirəcəyik.

 

- Bohadir Nasimovu komandaya gətirməyə dəyərdimi?

- Bahodirin  təcrübəsinə inanırıq. Ancaq komandaya gec qoşulub. Onun da bacardığı 50-60 dəqiqə mübarizə aparmaq idi.

 

- Yeni transerlər olacaq?

- Müdafiə xəttində axsama var. Bu mövqeyə yeni futbolçu cəlb etməyi düşünürük.

Tarix: 20 İyul [00:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio