Kamran Ağayev: "Baltsan" kimi komandanın avrokuboklarda oynaması yersizdi" MÜSAHİBƏ

“Keşlə” nin qapıçısı Kamran Ağayev "Baltsan"la matçdan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- “Baltsan”a qarşı bu gün yaxşı oyun sərgilədiniz. İlk oyundakı məğlubiyyətin səbəbi nə idi?

- Biz ilk oyunda çox bərbad qollar buraxdıq. Rəqibin əks hücumları təhlükəli idi. Qapıçı olsam da, topa yaxınlaşmağıma imkan vermədilər. İlk oyunda hansı səbəblərə görə məğlub olduğumuzu aydınlaşdıra bilmədik. Amma bu gün əlimizə düşən imkanlardan yararlana bilmədik. Bəlkə də, komandada yorğunluq var idi. Mübarizə aparsaq da, alınmadı.

 

- İmkanlardan yararlansaydız, hesab fərqli ola bilərdi?

- Düşünürəm ki, mərhələ keçə bilərdik. Amma gödüyünüz kimi, şansları boşa verdik. Təəssüflər olsun ki, belə alındı.

 

- Rəqib sanki Bakıya futbol oynamağa yox, yerdə sürünməyə gəlmişdi.

-“Keşlə”də oynadığıma görə demirəm. Əgər növbəti mərhələyə yüksələ bilsəydik, üçüncü mərhələ haqda da düşünə bilərdik. Amma “Baltsan” kimi komandanın avrokuboklarda oynaması yersizdir. Sadəcə, səbəbsiz məsələlərə görə məğlub olmuşuq.

 

- Son dəqiqələrdə nə baş verdi?

- Məmməd Quliyev cavandır. Mən də onun kimi səhvlər etmişəm, indi də edə bilərəm. Futbolçu robot deyil. Məmməd topu oyuna yan xəttən daxil etmək istəyirdi, amma səhvə yol verdi.

 

- Vaxt apardıqlarına görə “Baltsan”ın oyunçularına irad bildirmirdiniz. Bunun səbəbi nə idi?

- İrad bildirsəydik, nə olacaqdı? Mən də qələbələr qazananda elə etmişəm. Futboldu, bunu bəhanə etmək lazım deyil. Biz oyunu Maltada udmalı idik, amma bacarmamışdıq.

 

- Səncə, hansı komanda mərhələ keçməyə layiq idi?

- Buna siz qiymət verə bilərsiniz. Biz oyunu Maltada udmalı idik. Rəqib ilk oyundakı kimi, əks hücumlara üstünlük verirdi. Artıq nəsə danışmağa ehtiyac yoxdur. “Baltsan”ı  “Keşlə”yə rəqib görmürdüm. Əlimizdən gələni etsək də, qismət olmadı. Bu məğlubiyyətə görə Azərbaycan xalqından üz istəyirəm. Elə epizod olurdu ki, uşaqlara yalvarırdım, həvəsli olmalarını, oynamalarını istəyirdim. Mən istəyərdim ki, mərhələ keçək, lakin bacarmadıq. İnşallah, daxili çempionatda komandaların sayı çoxalar, biz də avrokuboklarda rahat mübarizə apararıq. Komandaları çoxaltmaq lazımdır.

Tarix: 20 İyul [00:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio