"Keşlə"nin hücumçusu: "Həyat davam edir"

"Özümüz günahkarıq, başlanğıcda qol vurmalıydıq. İlh hissədə 2:0 olsaydı, bizə də rahat olardı. Sonradan fərqləndik deyə, irəli atılıb, qol buraxdıq".

 

Sportal.az xəbər verir ki, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında Malta "Baltsa"nı üzərində 2:1 hesablı qələbdən sonra "Keşlə"nin futbolçusu Bahodir Nasimov deyib.

 

Özbəkistanlı hücumçu bildirib ki, səfərdə 1:4 hesablə uduzduqlarına görə mübarizəni dayandırdıqları üçün məyusdurlar: "Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Amma uduzduq. Bundan sonra çempionata hazırlaşacağıq. Həyat davam edir. Bütün gücümüzü Azərbaycan çempionatına qoyacağıq. Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük. Amma alınmadı. Çox sayda qol vəziyyətləri yaratdıq. Rəqib bir zərbə vurdu, o da qol oldu".

 

Nasimov "Keşlə"yə transferindən də danışıb: "Komandaya yeni qoşulmuşam. Tezliklə uyğunlaşmaq istəyirəm. Azərbaycana dönmüşəm. "Neftçi"dəki kimi özümü göstərməli, "Keşlə"yə kömək etməliyəm.

Tarix: 20 İyul [01:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2018
14  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio