"Sabah"ın Türkiyədə daha iki rəqibi bəlli oldu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib bəlli olub.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın yeni təmsilçisi iyulun 21-də Türkiyənin “Osmanlıspor”, iyulun 25-də isə İranın “Traktor Sazi” klubunun U-23 komandası ilə üz-üzə gələcək.

 

Xatırladaq ki, “Sabah” Boludakı ilk yoxlama oyununda “Giresunspor”la qarşılaşıb (1:1). Paytaxt klubu təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də, Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirəcək.

Tarix: 20 İyul [10:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio