Azərbaycan UEFA-nın reytinqində irəlilədi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportal.az xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə irəliləyib.

 

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qəbələ”, “Neftçi” və “Keşlə” növbəti oyununu keçirdi. “Neftçi” Macarıstanın “Uypeşt” klubu ilə səfər oyununda böyük hesabla uduzdu – 0:4. “Keşlə” Maltanın “Baltsan” klubunu evdə 2:1, “Qəbələ” səfərdə Lüksemburq “Proqres”inə 1:0 hesabıyla qalib gəldi. Hər iki komanda qalib gəlməklə Azərbaycanın reytinqinə hərəyə 0.250 xal yazdırıb.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədə qərarlaşan Azərbaycanın hesabında 17.750 reytinq xalı var. Onun 1.125 xalı (0.375 “Qarabağ”ın, 0.250 “Neftçi”nin, 0.250 “Keşlə”nin, 0.250 “Qəbələ”nin payına düşür) cari mövsümdə qazanılıb.

Tarix: 20 İyul [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio